Press "Enter" to skip to content

BDYPİ: qulaqlıqdan istifadə yolda təhlükədir

BDYPİ: qulaqlıqdan istifadə yolda təhlükədir

BAYRAQDAR MEDİA – Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) hərəkət iştirakçılarının diqqətinə çatdırıb ki, piyadaların yolu keçərkən qulaqlıqdan istifadə etməsi yol-nəqliyyat hadisəsi riskini əhəmiyyətli dərəcədə artırır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDYPİ-dən daxil olub.

Xəbərdə qeyd edilir ki, “qulaqlıqdan istifadə zamanı nəqliyyat vasitələrinin səsi vaxtında və aydın eşidilmir, yaxınlaşan avtomobilin təhlükəsi düzgün qiymətləndirilmir, reaksiya vermək üçün zəruri vaxt itirilir”.

BDYPİ xüsusilə qeyd edib ki, piyada keçidlərində belə diqqətsizlik ağır nəticələrə səbəb ola bilər. Yolu keçməzdən əvvəl qulaqlıqları çıxarmaq, ətraf mühitə tam diqqət yetirmək, yol hərəkəti qaydalarına ciddi əməl etmək tövsiyə olunur.

Mission News Theme by Compete Themes.