BAYRAQDAR MEDİA – “Çalıkuşu”, “Kara Sevda”, “Möhtəşəm Yüzyıl”, “Quruluş Osman” kimi layihələrdə rol alan Burak Özçivit Türkiyə ilə yanaşı, xaricdə də populyarlığını qoruyub saxlayır.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Məlumatda deyilir ki, 2017-ci ildə Fahriye Evcen ilə ailə həyatı quran məşhur aktyor tək nəfərlik teatr tamaşası ilə səhnəyə çıxacaq. “İstanbulun Ən Gözəl Qızı” adlı mono-tamaşa ilə şəhər-şəhər gəzəcək Burak Özçivit Eskişehirdə də tamaşaçılarla görüşəcək.
Məlumata əsasən, tamaşa 2026-cı il yanvarın 9-da saat 20:00Atatürk Mədəniyyət, İncəsənət və Konqres Mərkəzinəd olacaq.
ran-bereketi-bahce-koyunde-ilk-hasat-25859







