Press "Enter" to skip to content

Daha 18 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib

KOBİA

BAYRAQDAR MEDİA – “Startap” şəhadətnaməsinin verilməsi üzrə Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib. İclasda KOB subyektlərindən daxil olmuş 29 müraciətə baxılıb və onlardan 18-nə “Startap” şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya KOBİA-dan məlumat verilib.

Məlumata görə, bununla da “Startap” şəhadətnaməsi almış KOB subyektlərinin sayı 238-ə çatıb. “Startap” şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.

Mission News Theme by Compete Themes.