Press "Enter" to skip to content

Dilimizin hər bir kəlməsi gələcəyə uzanan ortaq səsimizdir

Prof. Dr. Burhanettin Duran: Türk dili yalnız bir ünsiyyət vasitəsi deyil, həm də ortaq dəyərlərimizin, tariximizin və sivilizasiyamızın daşıyıcısıdır

BAYRAQDAR MEDİA – “Türk dili əsrlər boyu könülləri bir-birinə bağlayan, ortaq tariximizin və mədəniyyətimizin ən möhkəm təməl sütunlarından biridir. Dünya Türk Dili Ailəsi Günü münasibətilə Anadoludan Orta Asiyaya, Qafqazdan Balkanlara, Aralıq dənizindən Xəzərə qədər uzanan geniş coğrafiyada eyni dili danışan bütün qardaş xalqları səmimi məhəbbətlə salamlayıram”.

Bunu Türkiyə Cümhurbaşqanlığı İletişim Başqanı Prof. Dr. Burhanettin Duran 15 Dekabr- Dünya Türk Dili Ailəsi Günü ilə bağlı açıqlamasında deyib.

Açıqlamada daha sonra deyilir: “Sayın Cümhurbaşqanımız Recep Tayyip Erdoğanın ifadə etdiyi kimi: “Birliyimiz gücümüzdür” şüarı ilə Türk dünyasını hər sahədə daha güclü etməyi, müxtəlif çağırışlar qarşısında daha dayanıqlı və davamlı hala gətirməyi hədəfləyirik”. Bu gün Türk Dövlətləri Təşkilatı çətiri altında möhkəmlənən əməkdaşlığımız ortaq dilimizin və mədəniyyətimizin gələcək nəsillərə daha güclü şəkildə ötürülməsinə öncüllük edir. Türk dili yalnız bir ünsiyyət vasitəsi deyil, həm də ortaq dəyərlərimizin, tariximizin və sivilizasiyamızın daşıyıcısıdır. Türk dilinin zənginliyini yaşadan, onu qoruyan və inkişaf etdirən bütün qurumlarımıza, alimlərimizə və könül fədailərinə ən səmimi təşəkkürümü bildirirəm. Birliyimizin təməli olan dilimizin hər bir kəlməsi gələcəyə uzanan ortaq səsimizdir”.

Mission News Theme by Compete Themes.