Press "Enter" to skip to content

Iğdırda doğulub Bakıda çalışan iş adamları

Görüşdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Bir müddət öncə Iğdır Ticaret ve Sanayi Odası (TSO) İdarə Heyətinin sədri Kamil Arslan, Məclis sədri Tahir Talay və idarə heyətinin üzvlərindən ibarət nümayəndə heyəti Bakıya səfər edib. Səfərdə məqsəd, Iğdırlı iş adamlarının Azərbaycandakı uğurlu investisiyalarını yerində araşdırmaq məqsədi olub. Bu səfər digər bir baxımdan da yadda qalıb.

Belə ki, Nümayəndə Heyəti, TSO-nun tanınmış üzvlərindən olan Cafer Ali Taşbağın oğulları – Necmettin Taşbağ və əvvəlki Iğdır Gənc Sahibkarlar Şurasının sədri Nizamettin Taşbağ tərəfindən idarə olunan Kartaş LLC şirkətini Sumqayıt Sənaye Parkında yerləşən istehsal müəssisələrini də ziyarət edib.

Bu barədə igdirhaber.net saytının TSO-ya istinad edən yazısında bildirilib.

Yazının BAYRAQDAR MEDİA oxucuları üçün də maraqlı olacağını nəzərə alaraq onu Aszərbaycan türkcəsində bəzi ixtisarlarla təqdim edirik.

Beləliklə, yazıda qeyd edilir ki, Şirkətin rəhbəri Necmettin Taşbağın verdiyi məlumata görə, 2000-ci ildə Azərbaycanda fəaliyyətə başlayan Kartaş LLC, 25 ildən artıq təcrübəsi ilə inşaat kimyəvi materialları sahəsində fəaliyyət göstərir: “Müəssisə yüksək texnologiyalı istehsal xətləri və beynəlxalq səviyyədə tanınan MR.Fix brendi ilə seramik yapışdırıcıları, su izolyasiya sistemləri və istilik izolyasiya materialları kimi geniş məhsul çeşidini ISO 9001 standartlarına uyğun istehsal edir”.

Yazıda TSO sədri Kamil Arslanın səfərdən sonrakı təəssüratları da yer alıb: “Iğdırdan doğub Bakıda bu qədər güclü bir sənaye markasına çevrilən Kartaş LLC-nin uğurları bizi dərin qürur hissi ilə doldurur. 300 nəfərə iş imkanı yaratması, beynəlxalq bazarlara açılması və gənc nəsil tərəfindən idarə olunması böyük bir şərəfdir.”
Məlumatda vurğulanır ki, səfər proqramından sonra heyət, Iğdırlı millət vəkili Şamil Ayrımın da iştirak etdiyi bir nahar mərasimində bir araya gəlib: “Görüşdə Iğdırın iqtisadi inkişafı, regional problemlər və iş adamlarının xaricdəki rolu ilə bağlı geniş müzakirələr aparılıb”.

Heyət daha sonra inşaat sektorunda iri layihələrə imza atan Iğdırlı iş adamı Volkan Atlas ilə də səhər yeməyində görüşüb. Sədr Arslan bildirib ki, Volkan Atlasın həyata keçirdiyi layihələr Iğdırın sahibkarlıq ruhunun dünyaya yayıldığının canlı bir nümunəsidir və onun cəsarətli investisiyaları böyük qürur mənbəyidir.

Mission News Theme by Compete Themes.