Press "Enter" to skip to content

KKTC-li nazirdən “Ortaq bəyanat”a etiraz

Oğuzhan Hasipoğlu

Oğuzhan Hasipoğlu: Sayın Erhürman Kıbrıs türk xalqını nəticəsiz bir danışıqlar prosesinə yenidən məhkum etməməli idi

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlu üçtərəfli görüşdən sonra yayımlanan “Ortaq bəyanat”ı tənqid edib. Nazir, Kıbrıs türk xalqının suverenliyinə zərər vuran ucu açıq federasiya prosesinə qarşı çıxıb və real həll yolunun iki suveren dövlət əsasında mümkün olduğunu vurğulayıb.

Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.

Məlumata görə, Oğuzhan Hasipoğlu Tufan Erhürman, Kıbrısın Rum Administrasiyasının rəhbəri Nikos Hristodulidis və BMT Baş katibinin Kıbrıs üzrə şəxsi nümayəndəsi Maria Angela Holguin arasında keçirilən üçtərəfli görüşdən sonra yayımlanan “Ortaq bəyanat”da “BMT Təhlükəsizlik Şurası qərarlarında yer alan siyasi bərabərlik əsasında həll” ifadəsinin yer almasının qəbuledilməz sayıb: “Sayın Cümhurbaşqanı Türkiyə Cümhuriyyəto dövlətinin bütün orqanlarının aydın mövqeyinə və KKTC Məclisinin müvafiq qərarına baxmayaraq federasiya əsaslı həll danışıqlarına başlamaq istədiyini ortaya qoyur və bu, bizim üçün qəbuledilməzdir. Kıbrıs türk xalqı adından real, yaşana bilən və düzgün bir razılaşmaya aparan yeganə yol rum tərəfinin, həmçinin onu dəstəkləyənlərin Kıbrısda iki suveren dövlət reallığını qəbul etməsi və bunun tələblərinə uyğun hərəkət etməsidir. Bu siyasətdən kənar atılan hər bir addım rum tərəfinin oyunlarına zəmin yaradır və Kıbrıs türk xalqının suveren dövlətini dünyaya təsdiqlətmək mübarizəsinə zərər vurur”.

Nazir deyib ki, status məsələsi son dərəcə önəmlidir: “Buna əhəmiyyət verməmək böyük səhvdir. Rum lideri hələ də bizi özləri ilə bərabər statusda görmür və Avropa Birliyi ilə BMT-nin yaratdığı komfort zonasından istifadə edərək, heç çəkinmədən Türkiyəni öz statusunu qəbul etməyə, özlərini dövlət kimi tanımağa məcbur etməyə çalışır. Bu vəziyyəti ötən gün keçirilən liderlər görüşündə bir daha yaşadıq. Liderlər yuxarı mərtəbədə siyasi bərabərliyi müzakirə edərkən, eyni saatlarda BMT binasının aşağı mərtəbəsində keçirilən Birləşmiş Millətlər Təşkilatının rəsmi qəbulunda KKTC-dən siyasi partiya nümayəndələri və digər dəvətlilər iştirak etdiyi halda, rum tərəfdən heç bir siyasi partiya nümayəndəsinin qəbulda iştirak etməməsi mənalıdır. Liderlər olaraq siz kağız üzərində bərabərliyi tanımaq barədə razılığa gəlsəniz belə, sahədəki reallıq rum tərəfinin bizi tamamilə yox saymasıdır. Liderləri kimi siyasi partiya nümayəndələri də eyni düşüncə tərzinə malikdir”.

Nazir qeyd edib ki, ortaq bəyanatda yer alan “BMT Təhlükəsizlik Şurası qərarlarında yer alan siyasi bərabərlik əsasında həll” ifadəsi, rum tərəfinin illərdir diktə etdiyi və Kıbrıs türk xalqını azlıq mövqeyinə sıxışdırmağı hədəfləyən bir yanaşmadır. Təəssüf ki, rum administrasiyası sayın Cümhurbaşqanının səhv mövqeyi nəticəsində, illərdir etdiyi kimi yenə də heç nə verməmiş, buna baxmayaraq türk tərəfi BMT parametrlərinə geri qaytarılmışdır. Hamı çox yaxşı bilməlidir ki, mövcud BMT parametrləri və Təhlükəsizlik Şurası qərarları ilə hər hansı bir nəticə əldə etməyimiz mümkün deyil. Hər iki tərəf bu parametrləri 40 il ərzində fərqli şəkildə şərh etmişdir və bu reallıq təcrübə ilə sübuta yetirilmişdir”.

“Sayın Cümhurbaşqanı verdiyi vədlərin əksinə olaraq bizi ucu açıq federasiya danışıqları prosesinə saldı. Eyni mövzuların və anlayışların illərdir müzakirə olunduğunu və bundan fərqli nəticə əldə etməyin mümkün olmadığını görə-görə, sayın Erhürman Kıbrıs türk xalqını ucu açıq və nəticəsiz bir danışıqlar prosesinə yenidən məhkum etməməli idi” deyə sonda vurğulanıb.

Mission News Theme by Compete Themes.