Press "Enter" to skip to content

Mədəniyyət naziri UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə

Mədəniyyət naziri UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə

BAYRAQDAR MEDİA – BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC) tərəfindən Ər-Riyad şəhərində təşkil olunan 11-ci Qlobal Forum çərçivəsində dekabrın 14-də UNAOC Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşü keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “görüşdə çıxış edən mədəniyyət naziri Adil Kərimli Azərbaycanda tarixən formalaşmış tolerantlıq mühiti barədə məlumat verib. Prezident İlham Əliyevin “Müxtəlif millətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin qarşılıqlı dialoq və anlaşma şəraitində birgəyaşayışı ölkədə vətəndaş həmrəyliyi və sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır” fikirlərini diqqətə çatdıran nazir mədəniyyətlərarası dialoqun təşviqi, multikultural dəyərlərin qorunması və mədəni diplomatiyanın beynəlxalq əməkdaşlığın inkişafında rolunu vurğulayıb”.

Forumun yüksək səviyyədə təşkilinə görə Səudiyyə Ərəbistanı Krallığı Hökumətinə təşəkkür edən A.Kərimli UNAOC-un qlobal dialoq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsində mühüm beynəlxalq platforma olduğunu xüsusi qeyd edib.

Çıxışda Azərbaycanın UNAOC ilə əməkdaşlıq çərçivəsində dinlərarası dialoqun təşviqi istiqamətində həyata keçirdiyi təşəbbüslərə toxunulub.

Mission News Theme by Compete Themes.