Press "Enter" to skip to content

Qar və çovğun nəqliyyatın hərəkətini iflic edib

Qar yağması nəqliyyatın işini çətinləşdirib

BAYRAQDAR MEDİA – Qardaş Türkiyədə, Ardahanda təsirini artıran güclü qar yağışı və çovğun gündəlik həyata mənfi təsir göstərməyə başlayıb.

Bu barədə ardahanhaber.com.tr saytı məlumat yayıb.

Məlumata görə, Ardahanı Qara dəniz bölgəsinə birləşdirən Ardahan–Şavşat avtomobil yolu ilə Türkgözü–Posof Sərhəd Keçid Məntəqəsi istiqamətində, Ilgar dağı ərazisində əlverişsiz hava şəraiti səbəbindən nəqliyyatın hərəkətində ciddi ləngimələr müşahidə olunub: “Dekabrın 14-də şəhər ərazisində, xüsusilə yüksək dağlıq zonalarda təsirli olan qar və çovğun görmə məsafəsini əhəmiyyətli dərəcədə azaldıb. Sürücülərin təhlükəsizliyinin risk altına düşməsi səbəbindən Ardahan–Şavşat avtomobil yolunun Sahara aşırımı müvəqqəti olaraq nəqliyyatın hərəkəti üçün bağlanıb”.

Məlumatda qeyd edilib ki, Valilik əvvəlki gün xəbərdarlıq mesajı yayımlamışdı: “Meteorologiya Baş İdarəsinin proqnozları özünü doğruldub və Ardahan qarla çovğunun təsiri altına düşüb. Qar yağışı və çovğunun güclü olduğu Ardahanın yüksək dağlıq ərazilərində və şəhərlərarası yollarda buzlanma səbəbindən nəqliyyatda fasilələr yaranıb. Müvafiq qurumların əməkdaşları Ardahan–Artvin avtomobil yolunun Sahara aşırımı ilə Ardahan–Posof avtomobil yolunun Ilgar dağı ərazisində qarla mübarizə işlərini davam etdirirlər. Digər tərəfdən, Türkgözü Gömrük Keçid Məntəqəsinə gedişi təmin edən Damal–Posof–Türkgözü avtomobil yolunun Ilgar sahəsi də intensiv qar yağışı və çovğun səbəbindən TIR-ların hərəkətinə bağlanıb. Həmin marşrut üzrə yüngül nəqliyyat vasitələrinin isə nəzarətli şəkildə hərəkətinə icazə verildiyi bildirilib”.

Mission News Theme by Compete Themes.