Press "Enter" to skip to content

Qərbi Azərbaycana doğru daha bir addım -VİDEO

Əsəd Aslanoğlu

MİMTA Fondunun layihəsi əsasında hazırlanan “Qərbi Azərbaycan sənəd və mənbələrdə” elektron kitabının təqdimat mərasimi keçirilib

BAYRAQDAR MEDİA – Dekabrın 13-də “Litera” kitab evində Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, tarixçi, yazar Əfqan Vəliyevin “Qərbi Azərbaycan sənəd və mənbələrdə” elektron kitabının təqdimat mərasimi keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondundan (MİMTA) məlumat verilib.

Məlumatda qeyd edilib ki, kitab Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin orta qrant müsabiqəsi çərçivəsində Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun “Əzəli yurd” layihəsi əsasında hazırlanıb.

Tədbirdən xatirə fotosu
Tədbirdən xatirə fotosu

Məlumata əsasən, tədbirdə dövlət qurumlarının rəsmiləri, QHT rəhbərləri, elm və ictimaiyyət nümayəndələri və media iştirakçıları yer alıblar.

Əsəd Aslanoğlu: Bu reallıq, eyni zamanda, bizi Qərbi Azərbaycana daha da yazınlaşdırır

Tədbiri giriş sözü ilə açan “MİMTA Yayımları”nın direktoru Əsəd Aslanoğlu əsərin mahiyyətindən və elektron kitabın ərsəyə gəlmə prosesindən, həmçinin tarixi Zəfərimizin əhəmiyyətindən danışıb.

Qeyd edilib ki, məhz tarixi Zəfərdən sonra Azərbaycan yeni reallıq yaradıb. Dünyanın aparıc güc mərkəzələri də Güney Qafqazda sabitlik və inkişaf üçün bu reallığı qəbul edirlər. Bu reallıq eyni zamanda bizi Qərbi Azərbaycana daha da yazınlaşdırır.

Pərviz Əmirov: Kitabın Azərbaycan və ingilis dillərində elektron formatını da hazırladıq ki, dünyanın hər yerində bu dəyərli tədqiqat əlçatan olsun

MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov Əfqan Vəliyevə uğurlar arzu edib.

Pərviz Əmirov
Pərviz Əmirov

O, “Əzəli yurd” layihəsinin ərsəyə gəlməsindən bəhs edib: “Bu kitabı təkcə azərbaycanca hazırlamaqla qalmadıq. Kitabın Azərbaycan və ingilis dillərində elektron formatını da hazırladıq ki, dünyanın hər yerində bu dəyərli tədqiqat əlçatan olsun”.

Rauf Zeyni: Bu gün əzəli yurdumuz olan Qərbi Azərbaycana qayıdışa hazırıq

Sonra “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyni çıxış edib: “Biz birmənalı şəkildə bu cür layihələri alqışlayırıq”.

Rauf Zeyni
Rauf Zeyni

Rauf Zeyni “Bu araşdırmaların ərsəyə gəlməsi tarixi Zəfərimizdən sonra əldə edilən uğurdur. Bu gün əzəli yurdumuz olan Qərbi Azərbaycana qayıdışa hazırıq” deyə əlavə edib.

İradə Rzazadə: Bu bizim tariximizdir

Daha sonra “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə kitab barəsində öz fikirlərini bildirib: “Bu bizim tariximizdir. Biz gənclərimizi nəzərdə saxlamalıyıq həmişə”.

İradə Rzazadə
İradə Rzazadə

O, da qeyd edilib ki, QHT-lər Qərbi Azərbaycan sahəsində müxtəlif layihələr işləyirlər: “Ümid edirik ki, belə təşəbbüslər çox olacaq”.

Tofiq Əlizadə: Bu gün əzəli yurdumuz olan Qərbi Azərbaycana qayıdışa hazırıq

“Dünya Azərbaycanlılarının Həmrəyliyinə Dəstək” İctimai Birliyinin prezidenti Tofiq Əlizadə isə çıxışında deyib ki, Azərbaycan xalqı çox qəhrəman xalqdır”.

“Biz təkcə Ermənistandakı bir ovuc düşmənlə yox, dünya erməniləri ilə də, erməni lobbisi ilə də savaşdıq və qalib olduq. Bu gün əzəli yurdumuz olan Qərbi Azərbaycana qayıdışa hazırıq” deyə o, bildirib.

Tofiq Əlizadə (solda)
Tofiq Əlizadə (solda)

Tədbir çərçivəsində hüquqşünas tədqiqatçı Səməd Vəkilov, Əməkdar incəsənət xadimi Şəfəq Sultan Əlixanlı və digərləri çıxış edərək MİMTA Fondu və Əfqan Vəliyevə təşəkkürlərini bildiriblər.

Əfqan Vəliyev: Qərbi Azərbaycan tarixi haqqında araşdırmalar və axtarışlar davam etməlidir

Tədbirdə çıxış edən Əfqan Vəliyev deyib ki, Azərbaycan tarixi, ö cümlədən bu tarixin ayrılmaz parşası olan Qərbi Azərbaycan tarixi qiymətli xəzinənin yerləşdiyi torpaq qatına bənzəyir: “Elə bir torpaq qatı ki, hər dəfə yeni və daha qiymətli nəsə kəşf edirsən. Hesab edirəm ki, Qərbi Azərbaycan tarixi haqqında araşdırmalar və axtarışlar davam etməlidir”.

Əfqan Vəliyev
Əfqan Vəliyev

Sonda xatirə fotosu çəkilib.

Xatırladaq ki, oxucular “Qərbi Azərbaycan sənəd və mənbələrdə” kitabının elektron versiyasını internet resusrlarından əldə edə bilərlər.

Mission News Theme by Compete Themes.