Press "Enter" to skip to content

Sarıkamışda süni qar istehsalı sistemləri sınaqdan keçirilir

BAYRAQDAR MEDİA – Sarıkamışda quraşdırılması başa çatdırılan süni qar istehsalı sistemlərinin sınaq işləri davam etdirilir.

Bu barədə karsmanset.com saytı məlumat yayıb.

Məlumata görə, Türkiyənin mühüm xizək mərkəzləri sırasında yer alan Sarıkamış Xizək Mərkəzində qurulan süni qar sistemlərinin test edilərək xizək mövsümünün açılışına hazır vəziyyətə gətirilməsi planlaşdırılır: “Kars valisi Ziya Polat sınaqları davam edən Süni Qar İstehsalı Layihəsini yerində yoxlayaraq məsul şəxslərdən ətraflı məlumat alıb. Yoxlama zamanı müvafiq şirkətin nümayəndəsi sistemin texniki infrastrukturu, tutumu və təmin edəcəyi üstünlüklər barədə geniş təqdimat edib”.

Vali Ziya Polat layihənin qış turizmi baxımından böyük əhəmiyyət daşıdığını bildirərək deyib: “Sarıkamış kimi önəmli xizək mərkəzində bu il istifadəyə verilən süni qar sistemimizin sınaqlarını uğurla həyata keçiririk. Bu sistem sayəsində xizək mövsümü daha erkən başlayacaq, mövsüm müddəti uzanacaq və xidmət keyfiyyəti artacaq. Süni qar sistemi təbii quruluşu dəstəkləyən xüsusiyyətə malikdir və turizm infrastrukturumuzu daha da gücləndirəcək.”

Mission News Theme by Compete Themes.