Press "Enter" to skip to content

Tibbi xidmətlərin səviyyəsi hər keçən gün daha da yüksəlir

BAYRAQDAR MEDİA – “Hazırda 15 tibb müəssisəsində FAKO üsulu ilə katarakta əməliyyatları, 18 tibb müəssisəsində çəplik və göz qapağı əməliyyatları, 8 tibb müəssisəsində isə qlaukoma əməliyyatları icra olunur”.

Bunu TƏBİB-in İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva deyib.

“İlin yekunlarına və növbəti il üçün qarşıya qoyulan hədəflərə dair” müşavirədəki çıxışında N.Mustafayeva bildirib ki, travmatoloji xidmətlər üzrə 10 müəssisədə endoprotezləşmə əməliyyatları həyata keçirilir: “Kardiologiya sahəsində 5 müəssisədə ürək-damar cərrahiyyəsi, 2 mərkəzdə TAVİ əməliyyatları, 1 mərkəzdə orqan transplantasiyası, həmçinin robotik reabilitasiya və sümük iliyi transplantasiyası xidmətləri göstərilir”.

Mission News Theme by Compete Themes.