Press "Enter" to skip to content

Iğdırda maraqlı anlar

Açılış zamanı

Xeyriyyəçi iş adamının inşa etdirdiyi Elm və Sənət Mərkəzi istifadəyə verilib

BAYRAQDAR MEDİA – Iğdırda tikintisi başa çatdırılan Azer–İshak Yaycılı Elm və Sənət Mərkəzi keçirilən rəsmi mərasimlə istifadəyə verilib.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumata görə, xeyriyyəçi iş adamı İshak Yaycılı və həyat yoldaşı Azer Yaycılı tərəfindən inşa etdirilən mərkəz, Iğdır valisi Ercan Turan, protokol üzvləri və vətəndaşların iştirakı ilə açılış lentinin kəsilməsi ilə fəaliyyətə başlayıb: “Tədbirdə çıxış edən vali Ercan Turan gənclərin təhsil və incəsənətlə bir araya gətirilməsinin vacibliyini vurğulayıb”.

Vali, vəzifəyə başladığı dövrdə şəhərdə narkotik probleminin ciddi olduğunu xatırladaraq bildirib: “Polis və jandarma qurumlarımızla birlikdə narkotiklə mübarizədə ciddi nəticələr əldə etdik. Lakin narkotiklə mübarizə yalnız təzyiq metodları ilə aparıla bilməz. İshak bəyin həyata keçirdiyi kimi, gəncləri müsbət istiqamətə yönəldən layihələrlə mümkündür. Bu mərkəz gənclər üçün mühüm bir ümid olacaq.”

Türkiyənin elm və texnologiya sahəsində böyük inkişaf mərhələsinə qədəm qoyduğunu deyən Turan əlavə edib: “Bu gün “Kızılelma” kimi layihələrlə qürur duyuruq. Bu texnologiyaları yaradan güclü və istehsal edən bir Türkiyə var. Elmə və sənətə investisiya qoyan ölkə olmaq bizi daha da irəli aparacaq.”

Mərkəzin inşasını öz üzərinə götürən iş adamı İshak Yaycılı isə təhsilə edilən sərmayənin ölkənin gələcəyinə qoyulan sərmayə olduğunu bildirərək qeyd edib: “Mən hər zaman inkişafın əsasının təhsildən keçdiyinə inanmışam. Elmə, yeniliyə və keyfiyyətə yatırım edən ölkələr gələcəyi inşa edirlər. Bu gün açılışını etdiyimiz mərkəzin ölkəmiz üçün həyata keçirdiyim ən dəyərli investisiyalardan biri olduğuna inanıram.”

Açılışdan sonra protokol üzvləri mərkəzin bölmələrini gəzərək aparılacaq fəaliyyətlər barədə məlumat alıblar.

Mission News Theme by Compete Themes.