Press "Enter" to skip to content

Manisa Şəhid Ailələri və Qazilər Dərnəyində vəzifə dəyişikliyi 

Nergiz Hoşgökçen

BAYRAQDAR MEDİA – Manisa Şəhid Ailələri və Qazilər Dərnəyində mühüm vəzifə dəyişikliyi baş verib.

Bu barədə Dərnəyin məlumatında qeyd edilib.

Məlumata görə, Dərnəyin sədr vəzifəsini icra edən Mustafa Güngör səhhəti ilə bağlı problemlər səbəbindən vəzifəsindən ayrıldığını açıqlayıb. İdarə Heyətinin qərarına əsasən, dərnək sədrinin müavini vəzifəsində çalışan Nergiz Hoşgökçen yeni sədr təyin olunub.

Bildirilib ki, Mustafa Güngör dərnəyin İdarə Heyətinin üzvü kimi fəaliyyətini davam etdirəcək. Yeni sədr Nergiz Hoşgökçen verdiyi açıqlamada aşağıdakı fikirləri səsləndirib: “Əziz şəhidlərimizin müqəddəs xatirəsinə,

Qazilərimizin şərəfli mübarizəsinə layiq bir mövqe nümayiş etdirmək, onların bizə əmanət etdiyi dəyərləri qətiyyətlə qorumaq hamımızın borcudur. Bu şüur və məsuliyyət hissi ilə Manisa Şəhid Ailələri və Qazilər Dərnəyi olaraq birliyimizi və həmrəyliyimizi daha da möhkəmləndirmək, şəhid ailələrimizin və qazilərimizin haqlı tələblərini daha güclü səslə ictimaiyyətə çatdırmaq üçün fəaliyyətimizi qətiyyətlə davam etdiririk”.

Mission News Theme by Compete Themes.