Press "Enter" to skip to content

Neqativ göstəricilərdə azalma qeydə alınıb

Nəzrin Mustafayeva

Nəzrin Mustafayeva: Müsbət dinamikanın davam etdirilməsi və yeni nailiyyətlərin əldə olunmasının prioritet təşkil edir

BAYRAQDAR MEDİA – “2025-ci il ərzində əvvəlki illərlə müqayisədə müsbət göstəricilərdə artım, neqativ göstəricilərdə isə azalma qeydə alınıb. Bununla belə, qarşıya qoyulan hədəflərə uyğun olaraq bu nəticələrlə kifayətlənmək mümkün deyil. Müsbət dinamikanın davam etdirilməsi və yeni nailiyyətlərin əldə olunmasının prioritet təşkil edir”.

Bunu TƏBİB-in İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva deyib.

“İlin yekunlarına və növbəti il üçün qarşıya qoyulan hədəflərə dair” müşavirədəki çıxışında N.Mustafayeva bildirib ki, TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələri artıq yalnız bazal səhiyyə xidmətləri ilə kifayətlənmir, eyni zamanda yüksək, müasir və texniki baxımdan mürəkkəb tibbi xidmətlərin icrasını həyata keçirir: “Travmatoloji, oftalmoloji, kardioloji, uroloji və digər sahələr üzrə icra olunan əməliyyatların həm sayı, həm də keyfiyyət göstəriciləri əsas meyar kimi qiymətləndirilir”.

Mission News Theme by Compete Themes.