Press "Enter" to skip to content

Prof.Dr. Mehmet Tahir Güllüoğlu: Güneydoğuda lider universitetik

Harran Universiteti

BAYRAQDAR MEDİA – Ruha TV-də yayımlanan “Doğru Açı” proqramının qonağı olan Harran Universitetinin rektoru, Prof.Dr. Mehmet Tahir Güllüoğlu universitetin keçdiyi transformasiya yolunu, əldə etdiyi uğurları və gələcəyə dair baxışını ictimaiyyətlə bölüşüb.

Bu barədə univeristetin məlumatında qeyd edilib.

Məlumata görə, verilişin aparıcısı Mehmet Güli Aslanın suallarını cavablandıran rektor M.T.Güllüoğlu son iki yarım il ərzində Harran Universitetinin tarixində dönüş nöqtəsi sayılan mühüm nailiyyətlər əldə etdiyini bildirib.

“Harran Universiteti artıq çətin günlərini geridə qoyub”, – deyə vurğulayan Güllüoğlu universitetin regionun lider ali təhsil müəssisəsinə çevrildiyini və beynəlxalq miqyasda adından söz etdirməyə başladığını qeyd edib.

Rektor universitetin ən mühüm uğurlarından birinin rəqəmsallaşma və akademik sahədə əldə edildiyini bildirərək aşağıdakı əsas məqamlara diqqət çəkib.

İllik TÜBİTAK layihələrinin sayının 4–5-dən 40-a yaxın göstəricilərə yüksəldiyini bildirən M.T.Güllüoğlu, Harran Universitetinin bölgədə ən çox layihə istehsal edən universitetə çevrildiyini açıqlayıb.

“Güneydoğuda lider universitetik”, – deyən rektor universitetin 208 ali təhsil müəssisəsi arasında 45-ci yerə yüksəldiyini bildirib və yaxın vaxtlarda tədqiqat universiteti namizədi statusunu qazanmağı hədəflədiklərini vurğulayıb.

“Universitet proqram təminatlarının 80 faizini özü yazan və satan bir model formalaşdırmağa başlayıb”, – deyən Güllüoğlu Harran Universitetinin YÖK üçün proqram təminatı hazırlayan pilot universitet olduğunu, süni intellektə əsaslanan e-universitet modelini qəbul etdiklərini bildirib.

Mission News Theme by Compete Themes.