Press "Enter" to skip to content

“Qardaşlıq Ocağı”nda müzakirə

Müzakirə zamanı

BAYRAQDAR MEDİA – Kərkük Türkmən Qardaşlıq Ocağı Kərkükün enerji gələcəyi ilə bağlı mühüm inkişafları müzakirə etmək məqsədilə “BP-nin Kərkük neft yataqları üzrə sazişi diqqət mərkəzində” adlı seminar təşkil edib.

Bu barədə Türkmeneli TV məlumat yayıb.

Məlumata görə, seminarda məruzəçi qismində iştirak edən maliyyə məsləhətçisi və iqtisadçı Servet Kölemen, BP şirkəti ilə İraq Neft Nazirliyi arasında imzalanmış sazişi əhatəli təqdimatla dəyərləndirib. Kölemen çıxışında sazişin iqtisadi aspektlərini, hasilatın bölüşdürülməsini, gəlirlərin paylaşılmasını və bunun Kərkükə mümkün təsirlərini ətraflı şəkildə təhlil edib.

Təqdimat zamanı həmçinin Kərkük neft yataqlarının strateji əhəmiyyəti və bu cür beynəlxalq sazişlərin uzunmüddətli nəticələri də diqqətə çatdırılıb.

Qardaşlıq Ocağı İdarə Heyətinin üzvü Hicran Beyatlı tədbirin Kərkükün iqtisadi gələcəyi baxımından daşıdığı əhəmiyyəti vurğulayaraq, cəmiyyətin bu kimi məsələlər barədə maarifləndirilməsinin vacibliyini xüsusi qeyd edib.

Mission News Theme by Compete Themes.