Press "Enter" to skip to content

Son 7 ay ərzində 30-a yaxın müəssisədə ehtiyat qan tədarükü otaqları yaradılıb

Qan analizi

BAYRAQDAR MEDİA – “Yeni xidmətlərin yaradılması istiqamətində tibb müəssisələrinin təşəbbüskarlığının artırılması vacibdir”.

Bunu TƏBİB-in İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin rəhbəri Nəzrin Mustafayeva deyib.

“İlin yekunlarına və növbəti il üçün qarşıya qoyulan hədəflərə dair” müşavirədəki çıxışında N.Mustafayeva bildirib ki, son aylarda aparılan təhlillər nəticəsində ilkin dializ kateterinin qoyulması xidmətinin yalnız məhdud sayda müəssisədə mövcud olduğu müəyyən edilib: “Görülən tədbirlər nəticəsində hazırda bu xidmət 9 tibb müəssisəsində tətbiq olunmağa başlanılıb. Növbəti mərhələdə daha 5 müəssisədə də bu xidmətin təşkili planlaşdırılır. Bundan əlavə, son 7 ay ərzində 30-a yaxın müəssisədə ehtiyat qan tədarükü otaqları yaradılıb”.

Mission News Theme by Compete Themes.