Son yeniləmə: 15 Dekabr 2025
BAYRAQDAR MEDİA – Pamukkalede ayaqqabı dizaynı üzrə təhsil alan universitet tələbələri Yeşilyuva qəsəbəsində yerləşən istehsal müəssisəsində olublar. Tələbələr həm texniki səfərdə iştirak edib, həm də ataları üçün ayaqqabı yığımı prosesinə qoşularaq unudulmaz bir təcrübə yaşayıblar.
Bu barədə Pamukkale Universitetindən (PAÜ) məlumat verilib.
Məlumata əsasən, univeristetin Acıpayam Peşə Məktəbinin Ayaqqabı Dizaynı və İstehsalı ixtisası üzrə təhsil alan tələbələr, müəllim Dr. Fatma Filiz Yıldırımın koordinasiyası ilə Yeşilyuva Ayaqqabı Kooperativi ARÇ Ayaqqabı müəssisəsinə texniki səfər ediblər: “Dr. Fatma Filiz Yıldırımın apardığı “Montaj və Finiş” fənni çərçivəsində planlaşdırılan səfərdə şöbə müdiri Dr. Özlem Yılmaz Karaboyacı da iştirak edib. 10 dekabr çərşənbə günü baş tutan səfər qısa müddətdə nəzəri biliklərin praktikaya çevrildiyi emalatxana işinə dönüşüb. Tələbələr istehsal prosesinin mərhələlərini yaxından izləyib, müəssisə sahiblərindən sektorla bağlı faydalı məlumatlar əldə ediblər. İstehsal xəttində istifadə olunan texnikalar, material seçimi və montaj mərhələləri tətbiqi şəkildə izah olunub”.
Məlumatda deyilir ki, texniki səfər zamanı müəssisə rəhbərliyi atalara hədiyyə ediləcək ayaqqabıların montajını birbaşa tələbələrin özlərinin həyata keçirməsinə şərait yaradıb: “Atalarına hədiyyə edəcəkləri ayaqqabıların istehsal prosesində iştirak etmək gənclər üçün həm duyğusal, həm də maarifləndirici bir təcrübə olub”.





