Səbinə Qulieva: Təhlillər nəticəsində əldə edilən məlumatlar gələcək dövr üçün qərarların qəbulunda mühüm analitik baza rolunu oynayır
BAYRAQDAR MEDİA – “Tibbi sığorta mexanizminin effektiv tətbiqi, maliyyə intizamının gücləndirilməsi və xidmətlərin şəffaf idarə olunması departamentin əsas prioritetləri sırasında yer alır”.
Bunu TƏBİB-in Tibbi sığorta departamentinin rəhbəri Səbinə Quliyeva deyib.
“İlin yekunlarına və növbəti il üçün qarşıya qoyulan hədəflərə dair” müşavirədəki çıxışında S.Quliyeva bildirib ki, təqdim olunan göstəricilər icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin planlaşdırılması, icrası və nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir: “Təhlillər nəticəsində əldə edilən məlumatlar gələcək dövr üçün qərarların qəbulunda mühüm analitik baza rolunu oynayır”.
Departament rəhbəri vurğulayıb ki, tibbi sığorta sahəsində aparılan təhlillər tibb müəssisələrinin fəaliyyətinin daha dəqiq qiymətləndirilməsinə, mövcud çatışmazlıqların vaxtında aşkarlanmasına və qabaqlayıcı tədbirlərin görülməsinə şərait yaradır.





