Press "Enter" to skip to content

Xocavəndin Sos kəndinə növbəti köç

Xocavəndin Sos kəndinə növbəti köç

BAYRAQDAR MEDİA – Dekabr 16-da Xocavənd rayonunun Sos kəndinə köç karvanı yola salınıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Sos kəndinə köç edənlər Azərbaycanın müxtəlif yerlərində əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Sos kəndinə 21 ailə, 94 nəfər köçürülüb. Köçürülən ailələrə mənzillərin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin və Dövlət Komitəsinin nümayəndələri iştirak edib”.

Mission News Theme by Compete Themes.