Press "Enter" to skip to content

10 ayı üzrə TƏBİB-də ümumi büdcə icrası 67,65 faiz təşkil edib 

BAYRAQDAR MEDİA – “2025-ci ilin ilk 10 ayı üzrə TƏBİB-də ümumi büdcə icrası 67,65faiz təşkil edib”. Bunu Bunu TƏBİB-in Maliyyə departamentinin rəhbəri Xəyal Cəlilov deyib.

“İlin yekunlarına və növbəti il üçün qarşıya qoyulan hədəflərə dair” müşavirədəki çıxışında Xəyal Cəlilov bildirib ki,cari dövr ərzində əməyin ödənişi üzrə xərclər 72,8 faiz, malların (işlərin və xidmətlərin) satınalınması üzrə xərclər 46,58 faiz, sosial ödənişlər üzrə xərclər 35,85 faiz, qeyri-maliyyə aktivləri (kapital xərcləri) üzrə xərclər 19,01 faiz icra olunub.

X.Cəlilov qeyd edib ki, 2024-cü il üzrə 19, 2025-ci ilin ilk 10 ayı ərzində isə TƏBİB-in tabeliyində 8 müəssisə kapital xərcləri nəzərə alınmadan dotasiyadan çıxıb.

Mission News Theme by Compete Themes.