Press "Enter" to skip to content

İnsan alverinə qarşı mübarizəyə həsr olunmuş təlim

İnsan alverinə qarşı mübarizəyə həsr olunmuş təlim

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici təlim keçilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “təlim zamanı könüllülərə insan alverinin yaranma səbəbləri, risk faktorları və qurbanlara dəstək mexanizmləri barədə ətraflı məlumat verilib. Təlim çərçivəsində həssas ailə kateqoriyasından olan şəxslərin müvəqqəti yaşayış yeri ilə təmin edilməsi mövzusunda qrup işi həyata keçirilib. İştirakçılar real nümunələr əsasında fikir mübadiləsi aparıblar”.

Mission News Theme by Compete Themes.