Press "Enter" to skip to content

“MÜSİAD Azərbaycan”dan daha bir müjdə

Tədbir zamanı

Qarabağda türk dünyası ilə bağlı forum keçirilməsi planlaşdırılır

BAYRAQDAR MEDİA – Öz fəaliyyətində hər zaman Qarabağı da diqqət mərkəzində saxlayan “MÜSİAD Azərbaycan” bu istiqamətdə daha bir addım atmağa hazırlaşır.

Bunu “MÜSİAD Azərbaycan”ın İdarə Heyətinin sədri Rəşad Cabirli bildirib.

O, deyib ki, 2026-cı ildə “MÜSİAD Azərbaycan” Qarabağda türk dünyası ilə bağlı forum keçirməyi planlaşdırır: “Bizim Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrdə şöbələrimiz var. Bu da həmin ölkələrlə iqtisadi, o cümlədən ticarət əlaqələrimizin inkişafı üçün çox önəmlidir. Bu kontekstdən çıxış edərək gələn il Qarabağda türk dünyası ilə bağlı forum keçirilməsi planlaşdırırıq”.

Mission News Theme by Compete Themes.