Press "Enter" to skip to content

Rəşad Cabirli: Hər il qarşımıza strateji hədəflər qoyuruq

Rəşad Cabirli

BAYRAQDAR MEDİA – “MÜSİAD Azərbaycan” öz fəaliyyətində daim irəliyə doğru addımlayır. Eyni zamanda biz hər il qarşımıza strateji hədəflər qoyuruq. Bu hədəflərdən biri investisiyaların artırılması, ticarətin xüsusilə üzvlər arasında genişləndirilməsidir”.

Bunu jurnalistlərlə görüşündə “MÜSİAD Azərbaycan”ın İdarə Heyətinin sədri Rəşad Cabirli deyib.

Onun sözlərinə görə, “MÜSİAD Azərbaycan”ın üzvləri Azərbaycan iqtisadiyyatına 93 milyon manat investisiya qoyub.

“Onu da qeyd edim ki, üzvlərimiz hər il 10 milyon manatlıq ixrac həyata keçirir. Bu il üzvlərimiz öz aralarında 4,6 milyon manatlıq ticarət edib. Son 4 ilin ümumi göstəricisi isə 11 milyon manata yaxındır”, – deyə R.Cabirli əlavə edib.

Mission News Theme by Compete Themes.