Press "Enter" to skip to content

Bakıda turizm sektorunun strateji gələcəyi müzakirə edilib

Tədbir zamanı

Ruslan Quliyev: Məqsəd Azərbaycanın beynəlxalq turizm bazarında rəqabət üstünlüyünün artırılmasına töhfə verməkdir

BAYRAQDAR MEDİA – Azərbaycanda turizmin inkişafı istiqamətində davamlı addımlar atılır. O cümlədən dövlətlə yanaşı ayrı-ayrı turizm qurumları da bu istiqamətdə fəallıq göstərirlər. Elə bu kontekstdə Bakı turizmlə bağlı daha bir tədbirə evdə sahibliyi edib.

Şəhidlərin ruhu yad edilib
Şəhidlərin ruhu yad edilib

Belə ki, dekabrın 16-da “2025-ci ilin turizm dinamikası və 2026-cı ilə baxış” mövzusunda tədbir keçiriləcək. İllik turizm dəyərləndirilməsi xarakteri daşıyan tədbir Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) və SKAL International Baku-nun birgə təşkilatçılığı ilə Qafqaz City Hotel-də reallaşıb.

“2025-ci ilin turizm dinamikası və 2026-cı ilə baxış” mövzusunda panel müzakirəsi

Təşkilatçılardan BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, öncə şəhidlərin ruhu yad edilib və dövlət himni oxunub.

Məlumatda deyilir ki, turizm sektorunun əsas maraqlı tərəflərini bir araya gətirən tədbir çərçivəsində “2025-ci ilin turizm dinamikası və 2026-cı ilə baxış” mövzusunda Panel müzakirəsi təşkil edilib. Paneldə Azərbaycanın turizm destinasiyası kimi rəqabətqabiliyyətli turizm məhsulunun yaradılması, eləcə də təchizat (tədarük) dəyər zəncirində innovativ yanaşmaların tətbiqi məsələləri geniş şəkildə müzakirə edilib.

Dövlət və özəl sektor bir platformada

Panel müzakirəsində dövlət qurumlarının nümayəndələri, turizm assosiasiyaları, hotellər, turizm şirkətləri, sağlamlıq və termal turizm müəssisələri, eləcə də sektor üzrə ekspertlər iştirak edib. Müzakirələr zamanı 2025-ci ilin nəticələri təhlil edilib, qlobal və regional turizm trendləri fonunda Azərbaycanın mövqeyi qiymətləndirilib və 2026-cı il üçün strateji prioritetlər müəyyənləşdirilib.

Ceyhun Aşurov
Ceyhun Aşurov

Məlumata əsasən, tədbirin açılışında SKAL International Baku klubunun prezidenti Ceyhun Aşurov, Qafqaz City Hotel-in baş direktoru Halil Duru, turizm sektorunun tanınmış nümayəndələri və AHTTSA rəhbərliyi çıxış edib.

Ruslan Quliyev
Ruslan Quliyev

Sonra AHTTSA İdarə Heyətinin sədri Ruslan Quliyevin moderatorluğu ilə panel müzakirəsi olub. Müzakirədə Turan Qastro Turizm Mərkəzinin həmtəsisçisi Doğan Tomris, Baku Med Travel-ın təsisçisi, tibb və sağlamlıq turizmi üzrə ekspert Ariz Cəbrayılov, AJET Hava Yollarının Azərbaycan üzrə GSA təmsilçisi Zöhrab Məmmədov və Aristokrat Travel şirkətinin regional turizm operatoru Nizami Həsənov məruzə ediblər.

Ruslan Quliyev ( sağda) və Halil Duru
Ruslan Quliyev ( sağda) və Halil Duru

Paneldən sonra qonaqlar üçün sual-cavab sessiyası, praktiki təkliflərin və real sektor problemlərinin müzakirəsi, eləcə də geniş şəbəkələşmə (networking) imkanı yaradılıb.

Rəqabətqabiliyyətli və dayanıqlı turizmin formalaşmasına dəstək

Qeyd edək ki, Ruslan Quliyev BAYRAQDAR MEDİA-ya açıqlamasında tədbirin əsas məqsədinin turizm sənayesində innovasiya, davamlılıq və sektorlararası əməkdaşlığın gücləndirilməsi yolu ilə Azərbaycanın beynəlxalq turizm bazarında rəqabət üstünlüyünün artırılmasına töhfə vermək olduğunu deyib. Onun sözlərinə görə, AHTTSA və SKAL International Baku bu təşəbbüslə turizm ictimaiyyəti üçün açıq dialoq platforması yaradaraq dövlət-özəl sektor əməkdaşlığının dərinləşdirilməsini hədəfləyir.

Ruslan Quliyev Nadir Azəriyə təşəkkürnamə təqdim edərkən
Ruslan Quliyev Nadir Azəriyə təşəkkürnamə təqdim edərkən

Onu da bildirək ki, tədbirin sonunda AHTTSA-nın yeni üzvlərinə sertifikatlar, əməkdaşlıq edən qurumlara təşəkkürnamələr və TQTA məzunlarına diplomlar təqdim edilib. Təşəkkürnamə ilə təltif olunanlar arasında BAYRAQDAR MEDİA-nın Baş redaktorun müavini Nadir Azəri də var.

Mission News Theme by Compete Themes.