BAYRAQDAR MEDİA – Bolqarıstan Prezidenti Rumen Radevin hökumətin istefasından sonra 51-ci Xalq Məclisi çərçivəsində yeni kabinetin formalaşdırılması məqsədilə parlamentdə təmsil olunan qrupların nümayəndələri ilə məsləhətləşmələr keçirir. Məsləhətləşmələrdə iştirak edən BSP lideri Atanas Zafirov bildirib ki, “Bu, bir ildən artıq müddətdə heç bir korrupsiya qalmaqalına qarışmamış yeganə hökumət idi. Etirazlardan sonra hökumətin istefası artıq reallığa çevrildi”.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Məlumata görə, A.Zafirov deyib: “Dövlət idarəçiliyi baxımından hökumətdə iştirakımız qənaətbəxşdir, lakin partiya baxımından bu, qənaətbəxş deyil. Siyasi sistemin yetkin olmaması və partiya eqoizmi Parlamentin legitimliyini itirməsinə səbəb olub. Bu Parlamentin hər hansı hökumət qurmaq imkanı yoxdur və biz bu tip danışıqlarda iştirak etməyəcəyik”.





