Press "Enter" to skip to content

Çıldır gölündə buzdan səhnə

Çıldır gölü

BAYRAQDAR MEDİA – Doğu Anadolunun qış rəmzi sayılan Çıldır gölü sərt soyuqların təsiri ilə buz bağlayıb. Buz qalınlığının 20 santimetrə çatması ilə birlikdə atlı xizəklər kristal kimi parlayan buz səthinə endi və mövsüm coşqulu tədbirlərlə açılıb.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Məlumata görə, havanın temperaturunun mənfi 16 dərəcəyədək enməsi nəticəsində Kars və Ardahan sərhədində yerləşən Çıldır gölü tamamilə buzla örtülüb. Təhlükəsiz buz qalınlığı formalaşdıqdan sonra bölgənin ənənəvi qış əyləncəsi olan atlı xizəklər göl səthində yerini alıb: “Mövsümün ilk günündə Karsın Arpaçay rayonunun Taşbaşı kəndi ərazisində toplaşan ziyarətçilər bölgənin mədəni irsini yaşadan aşıqların deyişmələri ilə qarşılanıb. Bəzədilmiş atlar və xizəklər güzgü kimi parlayan göl üzərində ilk dövrələrini vurarkən nağılları xatırladan mənzərələr yaranıb”.

Məlumata görə, açılış yalnız xizək turları ilə məhdudlaşmayıb: “Sərt soyuğa baxmayaraq buz üzərinə çıxan yerli və xarici turistlər davul-zurna sədaları altında halaylar çəkərək qış mövsümünü qeyd ediblər”.

Mission News Theme by Compete Themes.