Press "Enter" to skip to content

Dövlət Xidmətində qanvermə aksiyası keçirilib

Aksiyadan foto

BAYRAQDAR MEDİA – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət XidmətiSəhiyyə Nazirliyinin tabeliyində olan “Respublika Qan Bankı” ilə birgə qanvermə aksiyası təşkil edib. “Talassemiyasız həyat naminə” proqramıçərçivəsində keçirilən könüllü qanvermə aksiyasında Dövlət Xidmətinin əməkdaşları iştirak edib.

Bu barədə Dövlət Xidmətindən məlumat verilib.

Məlumata görə, aksiya zamanı Qan Bankının tibb briqadasının həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlıq vəziyyəti müayinə edildikdən sonra qan analizi götürülüb: “Toplanan qan ehtiyatı talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlərin müalicəsində istifadə olunacaq. Qeyd edək ki, “Talassemiyasız həyat naminə” proqramıHeydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılıb və mütəmadi olaraq ölkə üzrə könüllü qanvermə aksiyaları təşkil edilir”.

Mission News Theme by Compete Themes.