Press "Enter" to skip to content

Dünyanın rəngləri ARÜ-də bir araya gəlib

Təbbirdən foto

BAYRAQDAR MEDİA – Ardahan Universiteti müxtəlif qitələrdən gələn tələbələrin iştirakı ilə təşkil olunan “Beynəlxalq Tələbələr Görüşü”nə ev sahibliyi edib.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Məlumata görə, Aşıq Şenlik Mədəniyyət Mərkəzinin Konfrans Zalı və foye hissəsində keçirilən tədbir rəngarəng görüntülərlə yadda qalıb.

Tədbirdə Ardahan Universitetinin rektoru, Prof.Dr. Öztürk Emiroğlu, akademik və inzibati heyət, çoxsaylı yerli və xarici tələbələr, eləcə də şəhər protokolunun nümayəndələri iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən rektor Emiroğlu beynəlxalq tələbələrin universitetin mədəni müxtəlifliyinə böyük töhfə verdiyini vurğulayaraq deyib: “Müxtəlif dillərin, mədəniyyətlərin və ənənələrin eyni dam altında bir araya gəlməsi həm universitetimiz, həm də şəhərimiz üçün böyük zənginlikdir.”

Tədbir çərçivəsində Afrikadan Asiyaya, Orta Doğudan Balkanlara qədər geniş coğrafiyadan gələn tələbələr öz ölkələrinə məxsus mədəni dəyərləri stendlərdə tanıdıblar. İştirakçılara tələbələrin öz əlləri ilə hazırladıqları milli yeməklər təqdim olunub. Rəngləri və naxışları ilə diqqət çəkən milli geyimlər, əl işləri, musiqi alətləri və mədəniyyət nümunələri böyük maraqla qarşılanıb.

Proqramın ən diqqətçəkən hissəsini səhnə çıxışları təşkil edib. Müxtəlif ölkələrdən olan tələbələr səhnəyə çıxaraq milli rəqslərini nümayiş etdirib, öz dillərində mahnılar ifa ediblər. Ritim şouları və qısa musiqi nömrələri salonu sanki dünya səhnəsinə çevirib.

Mission News Theme by Compete Themes.