Press "Enter" to skip to content

EN-də kollegiya iclası

EN-də kollegiya iclası

BAYRAQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazovun sədrliyi, nazirliyin struktur bölmələri və tabeli qurumlarının nümayəndələrinin iştirakı ilə növbəti kollegiya iclası keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Energetika Nazirliyinin (EN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “kollegiya sədri Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na (bundan sonra Strategiya) müvafiq olaraq Azərbaycanda ardıcıl şəkildə həyata keçirilən tədbirlərin sosial-iqtisadi inkişafı yeni səviyyəyə çatdırdığını vurğulayıb, bu istiqamətdə EN-in əsas icraçısı olduğu “Yaşıl enerji” məkanı sahəsində əldə edilmiş nəticələri qeyd edib”.

Ardınca xəbərdə, “iclas zamanı “Yaşıl enerji” məkanı çərçivəsində nəzərdə tutulan tədbirlər, o cümlədən bərpa olunan enerji infrastrukturunun dövlət-özəl tərəfdaşlığı çərçivəsində genişləndirilməsi, dənizdə külək enerjisi potensialının araşdırılması və potensialdan istifadə istiqamətində hazırlıq tədbirlərinin həyata keçirilməsi, bioenerji və geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi, bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin yaradılması və potensial ərazilərə dair ölçü müşahidə işlərinin təşkil edilməsi, enerji səmərəliliyinin təmin edilməsi istiqamətlərində həyata keçirilmiş işlər barəsində hesabat təqdim olunub” deyə qeyd edilir.

Eyni zamanda, “Azərbaycan Respublikasının Energetika Nazirliyi Kollegiyasının 2026-cı il üçün İş Planı”nın layihəsi təqdim olunub, bu çərçivədə görüləcək işlər haqqında məlumat verilib.

İclasın yekununda müzakirə olunan məsələlərlə bağlı müvafiq tapşırıqlar verilib.

Mission News Theme by Compete Themes.