Press "Enter" to skip to content

“İşə düzəltmək” adı ilə dələduzluq edən şəxs saxlanılıb

“İşə düzəltmək” adı ilə dələduzluq edən şəxs saxlanılıb

BAYRAQDAR MEDİA – Sumqayıt şəhərində dələduzluq faktı qeydə alınıb. Əvvəlcədən tanış olduğu şəxs zərərçəkəni məktəblərin birinə ibtidai sinif müəllimi kimi işə düzəldəcəyi vədi ilə aldadaraq onun 7 min pulunu ələ keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “polis əməkdaşları tərəfindən aparılan əməliyyatla 56 yaşlı G.Əlimusayeva əməli törətməkdə şübhəli bilinərək saxlanılıb. Həyata keçirilən digər tədbirlər zamanı isə şəhər ərazisində yerləşən marketlərin birinin saxlanc yerindən 232 manat, digər iki elektronika mağazasında isə satıcının diqqətini yayındıraraq ümumilikdə 1 min 050 manat dəyərində “ağıllı” qol saatı və qulaqcıq oğurlamaqda şübhəli bilinən M.QuliyevaV.Rzayev də müəyyən olunaraq saxlanılıblar”.

Faktlar üzrə zəruri araşdırmalar aparılır.

Mission News Theme by Compete Themes.