Press "Enter" to skip to content

Müasir texnologiyalar müzakirə mövzusu olub

Tədbirdən foto

BAYRAQDAR MEDİA – Osmaniye Korkut Ata Universitetinin (OKÜ) tərkibində fəaliyyət göstərən IEEE Tələbə Klubu sahəsinin önəmli tədbirlərindən biri olan Çukurova Universiteti Proqramlaşdırma Zirvəsində iştirak edərək universiteti uğurla təmsil edib.

Univeristetin məlumatına əsasən zirvə çərçivəsində süni intellekt, kiber təhlükəsizlik, oyun tərtibatı, verilənlər elmi və startap–girişimçilik ekosisteminə dair çoxsaylı panel və sessiyalar təşkil olunub: “İştirakçılar proqramlaşdırma dünyasında önə çıxan mütəxəssislərin təqdimatları vasitəsilə sahədəki ən son yenilikləri yaxından izləmək imkanı əldə ediblər. IEEE Tələbə Klubu üzvləri zirvə müddətində keçirilən emalatxana məşğələlərində fəal iştirak edərək praktiki biliklər qazanıblar. Tələbələr texniki bacarıqlarını inkişaf etdirməklə yanaşı, sahə üzrə peşəkarlarla birbaşa ünsiyyət quraraq karyera əlaqələrini genişləndiriblər”.

Mission News Theme by Compete Themes.