Press "Enter" to skip to content

Rektor yenidənqurma işləri aparılan binalara baxış keçirib – VİDEO

Baxış zamanı

BAYRAQDAR MEDİA – Erciyes Universitetinin rektoru Prof. Dr. Fatih Altun yenidənqurma işləri davam edən Sabancı Mədəniyyət Kompleksini və Kızılay Butik üçün ayrılmış binanı ziyarət edib.

Bu barədə universitetdən məlunat verilib.

Məlumata görə, rektor və müavinləri yenilənmə işləri aparılan Sabancı Mədəniyyət Kompleksinə baş çəkib: “Ziyarət zamanı Prof.Dr. Altun Sabancı Fondu tərəfindən həyata keçirilən yenidənqurma çərçivəsində kompleksdə aparılan tikinti və təmir işləri barədə məsul şəxslərdən ətraflı məlumat alıb. Rektor Prof.Dr. Fatih Altun daha sonra Kayseri Kızılay Şöbəsi ilə imzalanmış protokol əsasında maddi imkanları məhdud tələbələrə geyim dəstəyi göstərilməsi məqsədilə açılması planlaşdırılan Kızılay Butik üçün ayrılmış binanı da ziyarət edərək, burada yenilənən sahələr barədə məlumat əldə edib”.

Mission News Theme by Compete Themes.