BAYRAQDAR MEDİA – “Univeristetimiz bir çox sahələrə kimi səhiyyə sahəsində mühüm addımlar atıb. Məhz bunun nəticəsidir ki, səhiyyə ilə bağlı bağlanmış bölmələriyenidən fəaliyyətə başlayıb”.
Bunu Türkiyənin Şanlıurfa şəhərində yerləşən Harran Universitetinin rektoru, Prof.Dr. Mehmet Tahir Güllüoğlu deyib.
Universitetin məlumatına əsasən Ruha TV-də yayımlanan “Doğru Açı” proqramının qonağı olan rektor ali təhsil ocağında səhiyyə ilə bağlı yeni strukturların yaradıldığını da qeyd edib. O, xəstə və tibbi avadanlıq yükünün əhəmiyyətli dərəcədə artdığını bildirib.
Əvvəllər fəaliyyəti dayandırılan qaraciyər transplantasiyası mərkəzinin professor Faik Tatlının geri dönüşü və Malatya komandası ilə əməkdaşlıq sayəsində yenidən açıldığını bildirən Güllüoğlu, ilk transplantasiya əməliyyatının uğurla həyata keçirildiyini açıqlayıb.
Universitetin Retina Göz Bankasına sahib olduğunu bildirən rektor, yaxın gələcəkdə böyrək və sümük transplantasiyası əməliyyatlarına da başlanılacağını qeyd edib.





