Press "Enter" to skip to content

Hədəflərə doğru

Cevdet Yılmaz (sağda) və Əli Əsədov

Bakıda Türkiyə-Azərbaycan Birgə Hökumətlərarası Komissiyasının 12-ci iclası keçiriləcək

BAYRAQDAR MEDİA – Dekarbın 22-23-də Türkiyə-Azərbaycan Birgə Hökumətlərarası Komissiyasının 12-ci iclası keçiriləcək.

BAYRAQDAR MEDİA-ya bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, iclasda Türkiyə ilə Azərbaycan arasında iqtisadi və ticarət əməkdaşlığı müzakirə ediləcək. Tədbirə Türkiyə tərəfdən vitse-prezident Cevdet Yılmaz, Azərbaycan tərəfdən isə Baş nazir Əli Əsədov sədrlik edəcək. Təkbətək və nümayəndə heyətləri səviyyəsində keçiriləcək görüşlərdə 15 milyard dollarlıq ticarət həcmi hədəfinə doğru atılacaq addımların müzakirə ediləcəyi, ticarətin asanlaşdırılması ilə bağlı mövzuların qiymətləndiriləcəyi gözlənilir.

Proqram çərçivəsində iki ölkə arasında iqtisadi əlaqələri dərinləşdirmək, işgüzar dairələri bir araya gətirmək, birgə investisiya imkanlarını inkişaf etdirmək məqsədilə 2-ci Türkiyə-Azərbaycan İnvestisiya Forumu təşkil olunacaq. Forumda Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və ticarət naziri Ömər Bolat, Azərbaycanın baş naziri Əli Əsədov və iqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı gözlənilir.

İclas çərçivəsində imzalanması planlaşdırılan Birgə Hökumətlərarası Komissiyanın Protokol və Fəaliyyət Planı ticarətdən enerjiyə, nəqliyyatdan səhiyyəyə, təhsildən mədəniyyətə qədər bir çox sahədə Türkiyə-Azərbaycan iqtisadi və ticarət əlaqələrinin yol xəritəsini müəyyən etməyi hədəfləyir. Keçiriləcək İnvestisiya Forumunun iki ölkənin işgüzar dairələri arasında ünsiyyəti gücləndirəcəyi və regional iqtisadi əməkdaşlığa töhfə verəcəyi gözlənilir.

Məlumata əsasən, eyni kontekstdə “MÜSİAD Azərbaycan”ın Ümumi Yığıncağında Türkiyə və Azərbaycan iş adamları ilə görüşlər gözlənilir. Vitse-prezident Yılmazın Bakı proqramı çərçivəsində Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə də görüşü nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.