Press "Enter" to skip to content

İkitərəfli iqtisadi əlaqələr inkişaf edir

Türkiyənin Azərbaycana sərmayələri təqribən 18 milyard dollar, Azərbaycanın Türkiyəyə investisiyaları isə 21 milyard dollar civarındadır

BAYRAQDAR MEDİA – Türkiyə uzun müddətdir ki, Azərbaycanın ən mühüm ticarət tərəfdaşlarından biridir. 2024-cü ildə Türkiyənin Azərbaycana ixracı 3,1 milyard dollar, Azərbaycandan idxalı isə 4,8 milyard dollar təşkil edib. Türkiyə Azərbaycanın ikinci ən böyük ixrac bazarı və üçüncü ən böyük idxal bazarıdır.

Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin məlumatında qeyd edilib.

Bildirilib ki, Türkiyənin Azərbaycana sərmayələri təqribən 18 milyard dollar, Azərbaycanın Türkiyəyə investisiyaları isə 21 milyard dollar civarındadır: “Azərbaycanda 7 minə yaxın türk tərəfdaşlı şirkət, Türkiyədə isə 3 min yüzə yaxın Azərbaycan tərəfdaşlığı ilə şirkət fəaliyyət göstərir. Bu günə qədər türk podrat firmaları Azərbaycanda dəyəri təxminən 21,1 milyard dollar olan 558 layihə həyata keçirib”.

Mission News Theme by Compete Themes.