Press "Enter" to skip to content

Kolleclərə yeni təyinatlar

Kolleclərə yeni təyinatlar

BAYRAQDAR MEDİA – Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) müvafiq əmri ilə Mehriban Qasımova Şuşa Humanitar Kollecinin, Bəşir Əliyev isə Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecin tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EATDA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “M.Qasımova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Xalq çalğı alətləri orkestrinin rəhbəri” ixtisası üzrə ali təhsil alıb. O, əmək fəaliyyətinə 1987-ci ildə Şuşa Mədəni-Maarif Məktəbində başlayıb, daha sonra ADMİU-nun “Musiqi fənləri və orkestr dirijorluğu” kafedrasında çalışıb. Əmək fəaliyyəti ərzində laborant, böyük laborant, müəllim, baş müəllim, “Musiqi sənəti” fakültəsində dekan müavini vəzifəsində çalışıb. M.Qasımova 2013-cü ildə “Qabaqcıl təhsil işçisi” adına layiq görülüb, eyni ildə “Sənətşünaslıq” üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb”.

Sonra xəbərdə, “B.Əliyev Bakı Dövlət Universitetində (BDU) “Tarix” ixtisası üzrə bakalavr təhsili alıb, daha sonra ADA Universitetində “Bir müəllimin manifesti” ixtisasartırma proqramını uğurla tamamlayıb. B.Əliyev 2014-2020-ci illərdə Füzuli rayonu, Yağlivənd kənd tam orta məktəbində tarix müəllimi vəsifəsində çalışıb, 2020-ci ildən son təyinatadək isə Füzuli rayonu, Mollaməhərrəmli kənd tam orta məktəbinin direktoru vəzifəsini icra edib” deyə bildirilir.

Mission News Theme by Compete Themes.