Press "Enter" to skip to content

“Sosial şəbəkə profillərini izləmək” kimi saxta paylaşımlara inanmayın! – VİDEO

BAYRAQDAR MEDİA – “Sosial şəbəkədə hər hansısa bir şəxsin hesabına daxil olmaq, səhifələri gizli şəkildə izləmək, müasir proqramlar vasitəsilə mobil telefonlara giriş əldə etmək, vətəndaşların kiminlə danışdığını və ya yazışdığını öyrənmək” adı altında çoxsaylı paylaşımlara rast gəlinir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “vətəndaşlar internet seqmentində, xüsusilə də sosial şəbəkələrdə rast gəlinən bu cür saxta reklamlar və şirnikləndirici təkliflərə birmənalı şəkildə inanmamalıdır, yalandır. Ödəniş qarşılığında saxta xidmətlər təklif edən səhifələr və həmin səhifələri idarə edən dələduzların məqsədi şəxsi və bank kartı məlumatlarını ələ keçirmək və son nəticədə vətəndaşların pul vəsaitini talamaqdır”.

DİN bir daha vətəndaşlara təhlükəsizlik qaydalarına riayət etməyi və heç bir halda cəlbedici vədlərə aldanıb onlayn qaydada ödəniş etməməyi tövsiyə edib, vətəndaşlar şübhəli hallarla qarşılaşdıqda isə dərhal polis orqanlarına və Nazirliyin sosial şəbəkələrdəki səhifələrinə müraciət edərək özlərini təhlükələrdən qoruya biləcəklərini vurğulayıb.

Mission News Theme by Compete Themes.