BAYRAQDAR MEDİA – Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlığı ilə həyata keçirilən Turistik Doğu Ekspresinin 2025–2026 qış mövsümündə ilk səfəri dekabrın 22-də başlayır.
Bu barədə hurriyet.com.tr saytı məlumat yayıb.
Məlumata görə, yerli və xarici turistlərin böyük maraq göstərdiyi Turistik Doğu Ekspresi Ankaradan bazar ertəsi, çərşənbə və cümə günləri, Karsdan isə çərşənbə, cümə və bazar günləri hərəkət edəcək: “Qarşılıqlı olaraq həftədə iki qatar səfəri təşkil olunacaq. Turistik Doğu Ekspresinin biletləri fərdi satış və tur paketləri olmaqla iki formada təqdim olunur. Fərdi biletlər TCDD Taşımacılığın satış kanallarından, tur paketləri isə səlahiyyətli turizm agentlikləri vasitəsilə əldə edilə bilər”.





