Press "Enter" to skip to content

Türk dünyasının Çilə bayramı- Narduqan

Narduqan süfrəsi

BAYRAQDAR MEDİA– Məlum olduğu kimi dekbarın 21-də qış fəsli qədəm qoyub. Bəlli olduğu kimi bu gün uzun əsrlər boyu türk dünyasında Narduqan bayramı kimi qeyd edilib. Elə araşdırmaçı-yazar Fatma Sahurun igdirhaber.net saytındakı köşə yazısında da bununla bağlı maraqlı məqamlar öz əksini tapıb.

Yazıda qeyd edilir ki, 21 dekabr gələndə böyüklər “ilin ən uzun gecəsinə girdik” deyərlər. Amma mütləq ardınca bunu da əlavə edərlər:“Bundan sonra günlər uzanar.”

Müəllif yazır ki, məhz o gecə bizim coğrafiyada sadəcə bir tarix deyil. Onun adı var: Narduqan: “Azərbaycan tərəflərində, o cümlədən Təbrizdə, Urmiyada, Xoyda isə bu gecə daha çox Çilə gecəsi kimi tanınır.

Yazıda vurğuıanır kİ, Iğdırda bu gecə süfrələr erkən açılar: “Böyüklər danışar, uşaqlar dinləyər. Süfrədə mütləq nar olar. Çünki nar bərəkətdir, çoxalmadır. Bir dənədən yüzlərlə çıxar – elə yaxşı niyyət kimi. Bu gecənin bir də qarpız var. Qışın ortasında qarpız kəsilər bizdə. Çöldə şaxta olar, içi isə yay kimi qırmızı… Buna “çiləni kəsmək” deyərlər. Qarpız yeyənin qışın sərtliyindən qorunacağına inanılar. Əslində deyilən sadədir: dözsən, bütöv qalsan, bahar gələr”.

Yazıda, daha sonra maraqlı bir məqama da toxunulur: “Qədimlər belə danışardılar: işıqla qaranlıq mübarizə aparır. İşığı təmsil edən Ülgən, qaranlığın simvolu Erlik qarşısında bu gecədən sonra güclənir. Yəni sözün mahiyyəti budur: qaranlıq uzanar, amma işıq vaz keçməz. Bəlkə də buna görə bu coğrafiyada insanlar ən çətin zamanlarda belə “keçər” deməyi bacarır. Çünki bilirik ki, ən uzun gecə belə təqvimdə sadəcə bir gecədir. Narduqanı xatırlamaq bizim üçün köhnə bir bayramdan daha artığıdır. Bu torpaqlarda qalmağın, səbr etməyin və yenidən ayağa qalxmağın adıdır. Iğdırdan baxan biri üçün mesaj aydındır:Soyuq keçər. Gecə uzundur, amma gün mütləq doğar”.

Mission News Theme by Compete Themes.