Press "Enter" to skip to content

Vilayət Eyvazovdan növbəti sıra baxışı – VİDEO

Vilayət Eyvazovdan növbəti sıra baxışı

BAYRAQDAR MEDİA – Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov dekabrın 22-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Bakı şəhərində keçirilən sıra baxışında DİN-ə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 120 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb. Onlardan da 13 nəfəri Vətən müharibəsi iştirakçısıdır. Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib”.

Qeyd edək ki, V.Eyvazov tərəfindən 2025-ci il ərzində respublikanın şəhər və rayonlarında ümumilikdə 21 sıra baxışı keçirilib.

Xidmətə qəbul üçün DİN-ə onlayn qaydada müraciət edərək sıra baxışlarında iştirak etmiş gənclərdən 4 min 392 nəfər seçim turunun növbəti mərhələlərinə buraxılıb. Onlardan da 435 nəfəri Vətən müharibəsi iştirakçısıdır.

Mission News Theme by Compete Themes.