Press "Enter" to skip to content

Yeni Klinikada 7 vətəndaşa orqan transplantasiya əməliyyatları həyata keçirilib

Tədbir zamanı

BAYRAQDAR MEDİA – “TƏBİB-in tabeliyində olan tibb müəssisələrində yeni xidmətlərin təşkili və mövcud xidmətlərin genişləndirilməsi istiqamətində ardıcıl, sistemli işlər görülüb”

Bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib.

O qeyd edib ki,Yeni Klinikada fəaliyyətə başlayan Robotik Reabilitasiya Mərkəzinin maddi-texniki təminatı məqsədilə mərkəz müasir standartlara uyğun bir sıra robotik və funksional reabilitasiya avadanlıqları ilə təchiz edilib: “Yeni Klinikada 7 vətəndaşa orqan transplantasiya əməliyyatları həyata keçirilib. Xəstələrdən 5 nəfərə böyrək, 2 nəfərə isə qaraciyər transplantasiyası olunub. Respublika Pediatriya Mərkəzinin tabeliyində olan Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasının tərkibində Yenidoğulmuşların patologiyası və Yenidoğulmuşların reanimasiyası şöbələri fəaliyyətə başlayıb. Sabunçu Tibb Mərkəzində Üz-çənə cərrahiyyəsi şöbəsi yaradılıb”.

Mission News Theme by Compete Themes.