Press "Enter" to skip to content

“Şahmata həsr edilən ömür” filminin təqdimatı

“Şahmata həsr edilən ömür” filminin təqdimatı

BAYRAQDAR MEDİA – Azərbaycan Şahmat Federasiyasının (AŞF) sifarişi əsasında hazırlanan “Şahmata həsr edilən ömür” sənədli filminin təqdimatı keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AŞF-dən daxil olub.

Xəbərdə deyilir ki, “Azad Abasovun müəllifi olduğu film ən uzunmüddətli şahmat hakimi kimi adı “Ginnesin Rekordlar Kitabı”na daxil edilən Faiq Həsənova həsr olunub. Təqdimat mərasimində çıxış edən AŞF-in prezidenti Mahir Məmmədov A.Abbasovun gözəl iş ərsəyə gətirdiyini bildirib. O, F.Həsənovun ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan şahmat hərəkatının qorunmasında böyük rolu olduğunu bildirib. AŞF rəhbəri tanınmış hakimin ölkədə 59-dan çox şahmat məktəbinin indiyədək mövcud olmasında böyük səylərinin və misilsiz rolunun olmasından danışıb. Ardınca “Şahmata həsr edilən ömür” sənədli filmi nümayiş etdirilib. Filmdə F.Həsənovun uşaqlıq illəri, şahmata olan marağının yaranması, uzunillik hakimlik fəaliyyəti, beynəlxalq turnirlərdə iştirakı və Azərbaycan şahmatının inkişafındakı əvəzsiz rolu əks olunub”.

Daha sonra xəbərdə, “filmin nümayişindən sonra dünyanın ulduz şahmatçılarının F.Həsənovun 85 illik yubileyi münasibətilə ünvanladıqları təbrikləri əks etdirən videoçarx təqdim olunub. F.Həsənov vurğulayıb ki, Azərbaycan şahmatı dünyada güclü məktəbə və zəngin ənənələrə malik ölkə kimi tanınır. O, 2025-ci ilin ölkə şahmatı üçün məhsuldar alındığını bildirib. F.Həsənov qadın və kişilərdən ibarət komandaların bu il böyük nailiyyətlərlə yadda qaldıqlarını söyləyib” deyə bildirilir.

Qeyd edək ki, F.Həsənov Azərbaycanda şahmatın inkişafına göstərdiyi xidmətlərə görə “Şöhrət” və “Şərəf” ordeni, Prezidentin Fəxri Diplomu və Əməkdar İdman Xadimi adına layiq görülüb.

Mission News Theme by Compete Themes.