Press "Enter" to skip to content

Sarıkamış şəhidlərinin xatirəsinə şahmat turniri keçiriləcək

BAYRAQDAR MEDİA – Kars Valiliyinin himayəsi altında, Gənclik və İdman İl Müdirliyi ilə Türkiyə Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək “Sarıkamış Şəhidlərini Anma Şahmat Turniri” 27–28 dekabr 2025-ci il tarixlərində Mihralibəy Orta Məktəbində olacaq.

Bu barədə karsmanset.com saytı məlumat yayıb.

Məlumata görə, turnir müxtəlif kateqoriyalar üzrə təşkil olunacaq: A kateqoriyası – maksimum reytinqi 1200 və yuxarı olan idmançılar, B kateqoriyası – maksimum reytinqi 1199 və aşağı olan idmançılar, eləcə də reytinq xalı olmayan şahmatçılar, 8 yaş və aşağı – 2018 və 2019-cu il təvəllüdlü idmançılar: “Tədbirin əsas məqsədi Sarıkamış şəhidlərinin əziz xatirəsini yaşatmaq və şahmat idman növünün geniş yayılmasına töhfə verməkdir”.

Mission News Theme by Compete Themes.