BAYRAQDAR MEDİA – 2025-ci ilin başa çatmasına az günlər qaldığı bir vaxtda Türtkiyədə maraqla gözlənilən 2026-cı ilin rəsmi tətil günləri təqvimi də açıqlanıb.
Bu barədə haberankara.com saytı məlumat verib.
Məlumatda deyilir ki, Qurban bayramının birinci gününün çərşənbə gününə təsadüf etməsi 9 günlük bayram tətili ümidi yaradıb: “Beləliklə, 2026-cı ilin rəsmi tətil günləri – dini və milli bayramlar aşağıdakı kimidir: 1 yanvar, cümə axşamı – Yeni il; 19 mart, cümə axşamı – Ramazan bayramı ərəfəsi; 20–21–22 mart (cümə–bazar) – Ramazan bayramı; 23 aprel, cümə axşamı – Milli Suverenlik və Uşaq Bayramı; 1 may, cümə – Əmək və Həmrəylik Günü; 19 may, çərşənbə axşamı – Atatürkü Anma, Gənclik və İdman Bayramı; 27 may, çərşənbə – Qurban bayramının 1-ci günü; 28–29–30 may (cümə axşamı–şənbə) – Qurban bayramının davamı; 15 iyul, çərşənbə – Demokratiya və Milli Birlik Günü; 30 avqust, bazar – Zəfər Bayramı; 28 oktyabr, çərşənbə – Cümhuriyyət Bayramı ərəfəsi (yarım gün); 29 oktyabr, cümə axşamı – Cümhuriyyət Bayramı. 2026-cı ilin ilk rəsmi tətil günü həftəiçinə təsadüf edən 1 yanvar cümə axşamı olacaq. Son rəsmi tətil isə 28 oktyabr çərşənbə və 29 oktyabr cümə axşamı günlərinə düşən Cümhuriyyət Bayramı olacaq”.





