Press "Enter" to skip to content

BDYPİ-dən sürücülərə çağırış

BDYPİ-dən sürücülərə çağırış
BAYRAQDAR MEDİA – Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edərək xatırladıb ki, ağır yol-nəqliyyat hadisələrinin əhəmiyyətli hissəsi məhz ötmə və manevretmə qaydalarının pozulması nəticəsində baş verir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDYPİ-dən daxil olub.
Xəbərdə deyilir ki, “qarşı zolağa düşünülməmiş çıxış, yolun görünüş məsafəsinin düzgün qiymətləndirilməməsi, sürət və özünə həddindən artıq güvən bir anın içində geri dönüşü olmayan faciəyə çevrilə bilər. Bu riskli qərar yalnız sürücünü deyil, yoldakı günahsız insanları da təhlükə altına qoyur”.
Sözügedən İdarə sürücülərə çağırış edib:
•Ötməni yalnız icazə verilən və təhlükəsiz hallarda edin;
•Tələskənliyə deyil, məsuliyyətə üstünlük verin;
•Unutmayın: bir neçə saniyə qazanc üçün həyatları riskə atmağa dəyməz.
Mission News Theme by Compete Themes.