Press "Enter" to skip to content

FAO Talks proqramı Kafqas Universitetində keçirilib

Kafkas Universiteti

BAYRAQDAR MEDİA – FAO, Kafqaz Universiteti və Migrosun birgə təşkilatçılığı ilə keçirilən “FAO Talks – Gənclərlə kənd təsərrüfatı və qida mövzusunda söhbətlər” proqramı Qafqaz Universitetinin ev sahibliyi ilə reallaşıb.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Məlumata görə, “Biomüxtəliflik və ekoloji savadlılıq” mövzusu ilə təşkil olunan tədbirdə Kars İl Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Müdiri Enver Aydın iştirak edib: “Gənclərlə görüşən Enver Aydın kənd təsərrüfatı, qida təhlükəsizliyi və davamlılıq mövzularında fikirlərini bölüşüb, iştirakçıların suallarını cavablandırıb. Gənclərin böyük marağı ilə interaktiv formatda keçirilən tədbirdə biomüxtəlifliyin qorunması, ekoloji maarifləndirmənin artırılması və davamlı kənd təsərrüfatı təcrübələrinin əhəmiyyəti müzakirə olunub. Səmərəli müzakirələrlə yadda qalan proqramın gənclərin kənd təsərrüfatı və qida sahəsində maariflənməsinə mühüm töhfə verdiyi bildirilib”.

Mission News Theme by Compete Themes.