BAYRAQDAR MEDİA – Dekabrın 24-də doğma yurduna yola salınan köç karvanı Cəbrayıl rayonunun Horovlu kəndinə çatıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA – Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) mətbaut xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “bu mərhələdə Horovlu kəndinə 70 nəfərdən ibarət 19 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin, Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər”.





