BAYRAQDAR MEDİA – Kars Kafqas Universitetinin Atatürk Sağlamlıq Xidmətləri Peşə Yüksək Məktəbi tərəfindən səhhətində yaranan problem nəticəsində vəfat etmiş Dr. Abdurrahman Gürbüzün xatirəsinə anım tədbiri təşkil olunub.
Bu barədə universitetdən məlumat verilib.
Məlumata görə, “Atatürk Sağlamlıq Xidmətləri Peşə Yüksək Məktəbində keçirilən tədbirdə Təbiət və Ədəbiyyat Fakültəsinin dekanı, Prof.Dr. Gencer Elkılıç, Baytarlıq Fakültəsinin dekanı Prof.Dr. Mete Cihan, Tibb Fakültəsinin dekan müavini Prof.Dr. Seyit Ali Bingöl, Atatürk Sağlamlıq Xidmətləri Peşə Yüksək Məktəbinin direktoru Dr. Muhammed Deniz, akademik heyət və tələbələr iştirak ediblər. Qurani-Kərim tilavəti ilə başlayan proqramda mərhum Dr. Abdurrahman Gürbüzün həmkarları çıxış edərək onun elmi fəaliyyəti, peşəkar xidmətləri və tələbələr üzərində buraxdığı müsbət təsirlərdən bəhs ediblər”.
Anım proqramı Atatürk Sağlamlıq Xidmətləri Peşə Yüksək Məktəbində mərhumun adını daşıyacaq Dr. Abdurrahman Gürbüz Mikrobiologiya Laboratoriyasının açılışı ilə başa çatıb.









