Press "Enter" to skip to content

9 mindən çox müəllimi əhatə edən təlimlər

BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təqvim ili ərzində ümumi təhsil müəssisələrində fəaliyyət göstərən 9 min 95 müəllimi və məktəbəqədər təhsil müəssisələrində çalışan 232 tərbiyəçi-müəllimi əhatə edən təlimlər keçirilib.

BŞTİ-nin Mətbuat xidmətindən verilən məlumata görə, təlimlər məktəb-valideyn əməkdaşlığı, məktəb idarəçiləri üçün effektiv ünsiyyət strategiyaları, məktəb idarəetməsində İKT və süni intellektin tətbiqi, məktəb idarəetməsində data əsaslı yanaşma, tədrisdə differensial yanaşma, məktəbəqədər təhsil müəssisələrində pedaqoji heyətin peşəkarlıq səviyyəsinin artırılması və digər mövzulara həsr olunub. Həmçinin fənn müəllimlərini əhatə edən ixtisasartırma və metodiki seminarlar keçirilib.

Mission News Theme by Compete Themes.